Bir gündə 650 min əkək: Şimal regionunda 20 mindən çox ağac əkilib- Video

06 Dekabr 2019 15:51

Birinc vitse-prezident Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü Şimal rayonlarının sakinləri tərəfindən də böyük coşqu ilə qarşılanıb. Qusarda 6 min ağac əkilib. Ağacəkmə kompaniyasına qusarlılar böyük coşqu ilə qoşulub. Şəhər ərazisi, rayon mərkəzindən “Şahdağ” Turizm Mərkəzinə və Xudat istiqamətindəki yolların kənarı boyunca müxtəlif ağac tingləri əkilib. 

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə xaçmazlılar böyük coşqu ilə qoşulub. Gəndov-Yalama yolunun kənarı boyunca Vəlvələçaydan Ağçayadək olan ərazidə 3 min ədəd müxtəlif ağac tingləri əkilib. Xeyirxah təşəbbüs Xaçmazın yaşıllaşmasına və gözəlləşməsinə mühüm töhvə verəcək.