Qubada 4 min 500-dən artıq fermer elektron qaydada payızlıq əkini bəyan edib- Video

12 Dekabr 2019 16:06

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə əlaqədar növbəti mərhələyə noyabrdan start verilib. Bu mərhələdə fermerlər şəxsi kabinetlərinə daxil olaraq əkdikləri məhsulları bəyan etməlidir. Artıq Qubada 4500-dən çox fermer payızlıq əkin dövründə əkdiyi məhsul barədə məlumatı Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edib.

Sistemdə qeydiyyatdan keçmək və aqrar fəaliyyətə dair məlumatları daxil etmək üçün fermerlərə mütəmadi təlimlər keçirilib. Yeni subsidiya mexanizminə keçid və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı vaxt dekabrın 15-dək uzadılıb.

Elektron istemin tətbiqi aqrar xidmətləri fermerlər üçün daha əlçatan edir. Fermerlər payızlıq əkinləri bəyan etmək üçün Quba Dövlət Aqrar İnkişaf Mərkəzi və “ASAN xidmət” mərkəzinə müraciət edə və informasiya-məsləhət xidməti ala bilərlər.