Şimal regionunda Ulu Öndərin anım mərasimlərində izdiham yaşanıb- Video

12 Dekabr 2019 17:33

Ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Xaçmaz şəhərində izdihamlı anım mərasimi keçirilib.         Səhər saatlarından başlayaraq rayon sakinləri axın-axın Heydər Əliyev adına parka gəlib, Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək düzüblər. Mərasimdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar kollektiv şəkildə iştirak ediblər. Ulu Öndər Azərbaycan tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı kimi düşüb. Dahi rəhbər azərbaycançılıq ideyasının yaradıcısı olub, Vətənin müstəqilliyi, inkişafı üçün möhtəşəm işlər görüb.

Quba ictimaiyyəti də ümummilli liderin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar. Azərbaycanın onilliklər ərzində qazandığı nailiyyətlər Ulu Öndərin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə istər keçmiş sovetlər dönəmində, istərsə də müstəqillik illərində ölkəmiz böyük inkişaf və tərəqqi yolu keçib. Dahi şəxsiyyət kimi böyük ideyaların müəllifi Heydər Əliyev Azərbaycanın ən yeni tarixində silinməz izlər qoyub.

Anım mərasimində yaşanan izdiham xalqın öz böyük oğluna olan məhəbbət və ehtiramının nümunəsidir. Görkəmli dövlət xadimi, əvəzolunmaz lider Heydər Əliyevin irsinin təbliği və şəxsiyyətinin yad olunması məqsədi ilə keçirilən silsilə tədbirlər, mərasimlər bir daha göstərir ki, xalqın Heydər Əliyevə məhəbbəti əbədidir.