Xaçmazda fındıq bağlarının sahəsi 10 min hektara çatdırılacaq- Video

16 Dekabr 2019 16:46

Xaçmaz rayonunda son 4 ildə fındıq bağlarının sahəsi iki dəfəyədək artırılaraq 9 min hektarı keçib.  Təsərrüfatçılar əkin prosesini davam etdirirlər. Payız mövsümündə rayonda 500 hektara yaxın fındıq bağı salınıb.

Hazırda rayonda 5 min hektar fındıq bağı bar verir. Xaçmazda fındıq bağlarının ümumi sahəsinin 10 min hektara çatdırılması nəzərdə tutulub.

Cari il rayonda bar verən 5 min hektar fındıq bağından 7 min tona yaxın məhsul toplanıb.