Xaçmazda fermerlər ammofos və nitroammofoska gübrələri daha çox alıb- Video

17 Dekabr 2019 17:20

Hazırda regional nümayəndəliyinin Xaçmaz rayonunun Çarxı kəndində yerləşən anbarında 4 min tona yaxın gübrə ehtiyatı toplanıb. 6 növdə olan gübrələrin  5-i Rusiya, biri isə Azərbaycan istehsalıdır. Son olaraq Sumqayıt Sənayə Parkında yerləşən Karbamid zavodunun istehsalı olan 36 ton karbamid gübrəsi anbara gətirilib. Torpaq mülkiyyətçiləri müvafiq sənədləri təqdim etməklə sahənin ölçüsünə və təyinatına  uyğun gələn gübrələri əldə edə bilərlər.

Fermerlərin gübrəyə təlabatı daha çox payız və yaz mövsümlərinə təsadüf edir. Payızılıq taxıl səpinində ammofos və nitroammofoska gübrələrindən istifadə olunur. Anbarda toplanan gübrələrin hamısı torpaq mülkiyyətçilərinə 70% güzəştlə satılır.

Xaçmazda fermərlərə gübrə satışı səyyar formada da aparılıb. Regional nümayəndəliyin anbarından uzaq məsafədə yerlərşən Kəndxudat, Susayqışlar, Uzunoba və Dədəli kəndələrində keçirilən səyyar satışlarda torpaq mülkiyyətçilərinə 300 tondan çox gübrə satılıb.