Qubada 600-dən çox abonentə ilk dəfə təbii qaz verilib- Video

19 Dekabr 2019 09:36

Quba rayonunun Dəvədabanı yaşayış massivinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə ilk dəfə “mavi yanacağ”ın verilməsinə başlanılıb.

Ümumilikdə, 605 abonenti olan yaşayış məntəqələrinin qazlaşdırılması üçün 33 min 515 metr metal və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə “Azəriqaz” İB-nin, rayon icra hakimiyyətinin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.

Sonda rəmzi məşəl alovlandırılıb, yaşayış məntəqəsinə “mavi yanacaq” verilib.

“Azəriqaz” İB-nin nümayəndələri evlərdə olub, abonentləri təbii qazla davranış və təhlükəsizlik qaydaları ilə bağlı maarifləndiriblər.

Bu il Qubanın 11 kənd və bir yaşayış massivinə ilk dəfə təbii qaz verilib.