Şimal bölgəsində seçicilər 127 bələdiyyə üzrə 3 min 341 namizəd arasında seçim edir - Video

23 Dekabr 2019 16:55

Şimal bölgəsinə aid Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında seçicilər 6 seçki dairəsinin tərkibindəki 366 məntəqədə səs verirlər. Regiondakı 127 bələdiyyə üzrə ümumilikdə 3 min 341 namizəd qeydə alınıb.Şimal regionunda qeydə alınan seçicilərin sayı 282 min 556 nəfərdir. Onlardan 5 min nəfərə yaxını ilk dəfə səs verən gənclərdir.

Şimal bölgəsində olan 51 saylı Qusar, 52 saylı Quba, 53 saylı Quba-Qusar, 54 saylı Şabran-Siyəzən, 55 saylı Xaçmaz şəhər və 56 saylı Xaçmaz kənd seçki dairələrindən məntəqələrdə seçici fəallığı müşahidə olunur. Seçki prosesini yerli və xarici müşahidəçilər izləyir. Bununla yanaşı, 62 məntəqədə veb-kamera quraşdırılıb ki, bu da hər bir şəxsə səsverməni onlayn izləmək imkanı verir.