Qusarda fermerlərə yeni subsidiya mexanizmləri izah olunub- Video

23 Dekabr 2019 17:05

Qusarda “Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi” mövzusunda fermerlərlə görüş keşirilib. Bildirilib ki, 2020-ci ildən başlayaraq aqrar subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcək. Bu sistem kənd təsərrüfatına dövlət dəstəyinin göstərilməsində şəffaflığı və ünvanlılığı daha da artıracaq. Hazırda sistemin tətbiqi ilə əlaqədar növbəti mərhələ uğurla davam etdirilir.

İndiyədək 430 mindən çox fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib. Bunun 10 min 154-ü Qusarın payına düşür. 

Bu günədək Qusarda 6864 fermer payızlıq əkinini elektron qaydada bəyan edib.