Xaçmazda səmti müəyyən etmə idman növü üzrə turnir keçirilib- Video

24 Dekabr 2019 16:18

Turnir çərçivəsində iştirakçılar Samur-Yalama Milli Parkı haqda məlumatlandırılıb. Bildirilib ki, Milli Parkın ərazisi 11 min 772,45 hektar sahəni əhatə edir. Burada 5 ekoturizm marşrutu fəaliyyət göstərir.

İştirakçılar Samur-Yalama Milli Parkı ilə tanışlıqla yanaşı səmti müəyyən etmə idman növündə mübarizə aparıblar. Xəzər-Kosmos marşrutu üzrə keçirilən turnirə 50-dən çox idmançı qatılıb.

Sonda qalibləri diplomla mükafatlandırılıb.