Nazir fermer kartları və sürücülük vəsiqələrinin verilməsində iştirak edib- Video

25 Dekabr 2019 17:01

2020-ci ildən kənd təsərrüfatı subsidiyalarının alınması və xərclənməsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən aparılacaq. Fermerlər subsidiya üçün bu sistem üzərindən müraciət edəcəklər. Kənd Təsərrüfatı naziri İnam Kərimovun iştirakı ilə Xaçmazda bir qrup fermerə yeni subsidiya sisteminə uyğunlaşdırılmış fermer kartı təqdim olunub.

Bundan başqa bir qrup mexanizatora sürücülük vəsiqələri təqdim olunub.

Kənd Təsərrüfatı naziri İnam Kərimov görüş çərçivəsində vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.