Xaçmazda 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi yekunlaşır- Video

06 2020 14:45

Dördüncü texniki dərəcəyə uyğun inşa edilən Xaçmaz - Niyazoba – Əbilyataq - Qarğalıq avtomobil yolunda son tamamlama işləri gedir. Tikintisinə ötən ilin aprelində start verilən yola ikinci qat asvalt örtüyü döşənir. Hazırda işlər Ağçay və Qaraçı kəndləri ərazisində həyata keçirilir.

Yolun hərəkət hissəsinin eni 6, çiyinləri ilə birlikdə isə 10 metrdir. İki qatdan ibarət asvaltın qalınlığı 12 sm təşkil edir.

Xaçmaz – Niyazoba – Əbilyataq - Qarğalıq avtomobil yolu 13 min nəfərə yaxın əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirir.