Şabranda camışçılıq təsərrüfatlarının sayı azalıb- Video

07 2020 17:12

Şabranın Ağalıq kəndində yerləşən heyvandarlıq təsərrüfatında  15 başdan çox camış var. Bir neçə il öncə  bu heyvanların baş sayı 60-dan çox olub. Lakin camışların otarılması üçün otlaq sahələrinin azalması heyvan saxlayan fermerlərin işini çətinləşdirib. Hazırda qapalı şəraitdə saxlanılan camışların çoxaldılması yeni örüş yerlərinin yaranması hesabına aparıla bilər.

Camış südündən alınan  ağartı məhsullarına tələbat çoxdur. Südün yağlılığı çox yüksəkdir və inək südündən baha satılır. Camış digər ev heyvanları ilə müqayisədə xəstəliklərə qarşı da dözümlüdür.

Sovet dövründə Azərbaycandakı camışçılıq təsərrüfatlarından biri də Şabranda yerləşib. O vaxt rayondakı camışların sayı 5 mindən çox olub. Hazırda isə rayondakı təsərrüfalardan 3800 başdan çox camış saxlanılır. Bu heyvanlarının otarılması üçün otlaq sahələrinin az  olması camışçılığın inkişafına təsir edən əsas məqamlardandır.

Şabranın  Çölquşçu, Ağalıq, Güləmli kəndlərinə saxlanılan camışların hamısı yerli sortlardır. Həmin heyvanlarda qarayaraya qarşı peyvəndləmə işləri aparılır.