Qubada 300-ə yaxın ailə Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib - Video

09 2020 14:47

Özünüməşğulluq proqramı çərçivəsində 2019-cu ildə Quba rayonunda 100 aztəminatlı ailəyə müxtəlif sahələr üzrə öz ailə bizneslərini yaratmaq üçün zəruri mal və materiallar verilib.

Rayonda ötən 4 il ərzində 300-ə yaxın ailə Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib.

Bu il proqram çərçivəsində verilmiş aktivlər hesabına daha çox ailənin əsasən, kənd təsərrüfatı və xidmət sahələri üzrə öz ailə təsərrüfatlarını formalaşdırması nəzərdə tutulub.

Quba Rayon Məşğulluq Mərkəzindən bildirilib ki, aztəminatlı ailələrin kiçik biznesə çıxışına və ailə gəlirlərini artırmalarına imkan yaradan Özünüməşğulluq proqramı ildən-ilə genişləndirilir. 2020-ci ilin yanvar ayı ərzində 10-a yaxın ailə dövlət dəstəyindən faydalanacaq. Proqramın icrasında əlilliyi olan şəxslərə, şəhid ailələri üzvlərinə, məcburi köçkünlərə, aztəminatlı ailələrin və digər həssas qrupların, tərkibində sağlamlıq imkanları məhdud uşaqlar olan ailələrin, çoxuşaqlı ailələrin üzvlərinə və digər həsas qruplardan olanlara üstünlük verilir.