Quba-Qonaqkənd yolunun dağlıq hissələrində genişləndirmə işləri aparılır-Video

10 2020 15:50

Ümumi uzunluğu 46 km olan Quba- Qonaqkənd avtomobil yolunun genişləndirilməsi işlərin 29-30-cu km-lik hissəsini əhatə edir. Turizm əhəmiyyətli Təngəlatı kəndinin ərazisindən keçən yol relyef cəhətdən çətin sahədə yerləşir. Mexaniki üsulla aparılan tikinti işləri nəticəsində yolun hərəkət hissəsinin  4-5 metrdən 7-12 metrə kimi genişləndirilməsi nəzərdə tutulub.

Qayaların hündür olduğu yerlərdə yolun genişləndiriləməsi Vəlvələçayda inşa olunan 150 metr uzunluğunda, 12 metr hündürlüyündəki  bəndin hesabına aparılır. Artıq həmin bəndin 8 metr hündürlüyündə  işlər yekunlaşıb. Yolun genişləndirilməsi ərazidəki yol nəqliyyat hadisələrinin qarşını almaqla yanaşı , turistlərin və 60-dan çox kənd sakinin rayon mərkəzi ilə gediş gəlişini asanlaşdıracaq.

Yolun genişləndirilməsi işləri yekunlaşandan sonra əraziyə asfalt döşənəcək. Turistlərin yoldan  gecə saatlarında da rahat istifadə etməsi üçün işıqlandırma sistemləri quraşırılacaq. Bundan başqa Vəlvələçayın üzərində təbiət mənzərələrini seyr etmək üçün səkilərin inşası da nəzərdə tutulub. Tikinti işlərinin yay aylarına kimi yekunlaşması planlaşdırılıb.