“Tütək səsi” filminin çəkildiyi Xuray kəndi- Video

14 2020 10:52

Füsünkar təbiət mənzələri ilə əhatə olunan Qusarın Xuray kəndi Azərbaycanın  tarixinə həm də “ Tütək səsi” filminin çəkildiyi məkanlardan biri kimi düşüb. 45 il  öncə lentə alınan filmin çəkilişləri kəndin müxtəlif məhələlərini əhatə edib.

Filmin kütləvi səhnələrində kənd sakinləri də iştirak edib. Onlardan biri də 90 yaşlı  Mütəllim Mütəllimovdur. O, filmin çəkilişlərinin yay aylarında aparıldığını bildirir. Kinonun aktyorları və texniki heyət günün çox hissəsini kənddə keçirib. Hətta ekran işində Mütəllim kişi də çəkilib.

Rasim Ocaqovun rejissor kimi quruluş verdiyi ilk film sayılan  “Tütək səsi” Azərbaycan kinosunun incilərindəndir. O vaxt 200 evdən ibarət kəndin sakinləri filmin çəkilişlərinə maraqla tamaşa edib. Qusarçayın üzərindəki asma körpü, kəndin mərkəzi məhəlləsindəki daş evlər o dövrün yadigarları kimi qalmaqdadır.

1975-ci ildə lentə alınan “Tütək səsi” filminin bəzi hissələri  Qusarın Əniq və Urva kəndləridə  çəkilib. Ümumilikdə filmin təbiət səhnələrinin hamısı Qusar rayonunda lentə alınıb. Film 1976-cı ildə Bişkək IX Ümumittifaq kinofestivalında, ssenari müəllifi İsa Hüseynov Qırğızıstan Yazıçılar İttifaqının Diplomu və Prizi verilib.