Qubada 10 mindən çox sakin tibbi sığorta xidmətlərindən faydalanıb- Video

14 2020 16:16

Quba Rayon Mərkəzi Xəstəxanasında yeni sistemə keçidlə bağlı gündəlik minə yaxın sakin qeydiyyata alınır. Xəstəxanaya müraciət edən sakin əvvəlcə ailə həkimi tərəfindən qəbul edilir. Sonra xəstə müayinələrdən keçmək üçün müvafiq şöbələrə göndərilir, ehtiyac yaranarsa ixtisaslı həkimlərə yönləndirilir.

Yeni sistemə keçidlə bağlı cərahiyyə əməliyyatı üçün müraciət edənlərin sayında əvvəlki dövrlə müqayisdə 3-4 dəfə artım qeydə alınıb. 

Bu günə kimi Qubada icbari tibbi sığortadan istifadə edənlərin sayı 10 mini ötüb. Onlardan 100 nəfəri stasionar müalicəyə cəlb olunub.