Xaçmazda 2 minə yaxın şagirdin təhsil alacağı məktəbin əsaslı təmiri yekunlaşır- Video

16 2020 09:54

Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbdə əsaslı təmir-bərpa işləri mart ayında başa çatdırılacaq. Əsaslı təmir işləri başa çatdıqdan sonra məktəbdə 2 minə yaxın şagirdin təhsil alması üçün lazımi şərait yaradılacaq.

1500-ə yaxın şagirdin təhsil aldığı məktəb binasında təmir-bərpa işləri işlərinə ötən ilin iyul ayından başlanılıb. 1976-cı ildə istifadəyə verilən təhsil ocağı köhnəldiyindən keyfiyyətli tədris üçün yararsız idi.

Artıq binanın çölündə suvaq işləri, dam örtüyünün dəyişdirilməsi başa çatdırılıb. Tədris ocağında fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunacaq.