Qubada ABADçı Ağasıyevlər ailəsi müxtəlif çeşidli kolbasa məhsulları hazırlayır- Video

21 2020 16:38

Ağasıyevlər ailəsi  Qubadakı “ABAD Factory” İstehsalat Kompleksində kolbasa istehsalı ilə məşğul olur. Onlar kompleks istifadəyə verilədən bu günə qədər mal və toyuq ətindən müxtəlif kolbasa hazırlayır. Kolbasa çeşidləri ABAD vasitəsilə paytaxdakı mağazalarda satışa çıxarılır.

“ABAD Factory” İstehsalat Kompleksi 2 il öncə istifadəyə verilib.  Ümumi sahəsi 1500 kvadratmetrə yaxın olan müasir istehsalat kompleksində “ABAD”çılar 5 istehsal sahəsi üzrə fəaliyyət göstərir. Buraya quru meyvələr, kompot, qənnadı, süd və ət məhsulları daxildir. Burda 10 ABADÇI ailə çalışır.