Qubada zərərvericilərə qarşı mübarizə tədbirlərinə başlanılıb- Video

22 2020 13:50

Siçanabənzər gəmiricilər Qubanın əkin sahələrinə ziyan vurur. Zərərvericilər əsasən dəmyə torpaqlarda müşahidə olunur. Gəmiricilərin 4 min 500 hektar sahədə daha çox yayıldığı müəyyən edilib.

Quba Rayon Bitki Mühafizə Mərkəzinin mütəxəssisləri tərəfindən müşahidə aparılan yerlərdə təhlükəli zərərverici olan siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri həyata keçirilir. Mütəxəssislərin fikrincə zərərvericilərin çoxalması əsasən hava amili ilə əlaqəlidir. Kimyəvi mübarizə tədbirləri ilə yanaşı mexaniki üsuldan az istifadə olunması da gəmiricilərin artmasına təsir edir.