Xudatda 400-dən çox şagirdin oxuyacağı məktəbin tikintisinə başlanılıb- Video

29 2020 09:28

Şəhid Telman Fərzəliyev adına Xudat şəhər 1 nömrəli tam orta məktəbin binası 93 il öncə istifadəyə verilib. İstismar müddətini başa vuran köhnə bina yenisi ilə əvəz olunur. Tikintisinə bir ay öncə başlanan yeni təhsil müəssisəsi 432 şagird yerlikdir.

İnşa olunan yeni bina 3 korpus, 2 mərtəbədən ibarət olacaq. Təhsil müəssisəsində bütün fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları da fəaliyyət göstərəcək. Məktəb müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək.

Təhsil müəssisəsi yeni tədris ilində istifadəyə veriləcək.