Xaçmazda fransız buğda sortları sınaqdan keçirilir- Video

29 2020 09:42

Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsində taxılın 3 növü sınaqdan keçirilir. Fransadan gətirilən buğdanın Renan, Barok və arpanın Ramata növlərinin məhsuldarlığı və tərkibi ilə yanaşı iqlim şəraitinə dözümlülüyü də nəzərə alınacaq.

Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsində xarici toxum sortları ilə yanaşı hazırda buğdanın “Qobustan”, “Şəfəq”, “Fatimə”, arpanın isə “Qarabağ 22” və “Qarabağ 33” sortları becərilir.

Ənənəvi arpa sortları yerli iqlim şəraitinə görə 30,  buğda növləri isə 32 sentnerə kimi məhsul verir.