Qusarın 63 yaşlı dünya çempionu- Şəkərxan Əlismanov - Video

30 2020 10:36

İdmançı kariyerasına nisbətən gec,  15 yaşında başlaması belə  onun sonrakı uğurlarına təsir etməyib. Güləş döşəyinə çıxdığı gündən bu vaxta kimi  48 il ötür. Onun 42 ili məşqçiliyin payına düşür Dünya çempionluğuna qədər gedən yolun gərgin məşq və nizam-intizamdan keçdiyini qeyd edir. Bu günə qədər də fiziki formasını stabil saxlmağında idmana borclu olduğunu bildirir.

Veteran güləşçilər arasında keçirilən 8 dünya çempionatına qatılan Şəkərxan Əlismanov 2009-cu ildə Finlandiyada kariyerasının hələki ən yüksək tituluna yiyələnib. O, bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Bununla yanaşı dünya çempionatlarında 3 bürünc, 1 gümüş medalı var. Bir sıra ölkədaxili və xarici yarışlarda qələbə qazanıb. Beynəlxalq idman ustasıdır. 63 yaşlı veteran idmançı güləşdən ayrılmaq fikirində deyil.

Şəkərxan Əlismanov 2006-cı ildə Fəxri Bədən Tərbiyə və İdman İşçisi adına layiq görülüb.  Əməkdar məşqçi hazırda Qusar UGİM-də uşaq və yeniyetmələrə güləşin sirlərini öyrədir.