Şabranda 24 min baş heyvan qarayara xəstəliyinə qarşı peyvənd ediləcək- Video

31 2020 13:46

Yanvarın əvvəlindən başlayaraq Şabrandakı şəxsi və fermer təsərrüfatlarında brusellyoza qarşı seroloji müayinələr və qarayara xəstəliyinə qarşı peyvəndləmə işləri aparılır.

Bu günə kimi rayonda 14 min 200 baş iribuynuzlu heyvan qarayaraya qarşı peyvənd olunub.

Təsərrüfatlarda heyvanlardan alınan qan nümunələri baytarlıq laboratoriyalarında yoxlanıldıqdan sonra nəticələri barədə 2-3 gün ərzində fermerə məlumat verilir. Əgər virus aşkarlanarsa, xəstə heyvan müvafiq qaydada təsərrüfatdan kənarlaşdırılır.