Ata və oğulların bir yerdə oynadığı "Şirvanovka" futbol klubu- Video

31 2020 17:45

53 yaşlı Kamran Nurəhmədov Region Liqasında mübarizə aparan  Qusarın “Şirvanovka” futbol klubunun həm təsisçisi, həm məşqçisi, həm də oyunçusudur.Veteran futbolçu kariyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb. Amma onu digər məşqçilərdən ayıran əsas məqam bəzi oyunlarda futbolçu kimi də  mübarizə aparmasıdır. Belə ki, 53 yaşlı veteran hücumçu yetirmələrinin çətin anlarında  meydana özü daxil olur. O, Region liqasında oynayan ən yaşlı futbolçudur.

“Şirvanovka” futbol klubu digər məqamla da diqqət çəkir.   Komandanın heyətindəki oyunçulardan ikisi Kamran Nurəhmədovun oğullarıdır. “Şirvanovkada” ataları ilə birgə forma geyinən Habil və Kamil Nurəhmədov qardaşları uşaq yaşlarından futbolla məşğuldurlar. Ailənin sonbeşiyi Ramil isə “Sabah”ın uğurları üçün çalışır. İstedadlı futbolçular ataları ilə eyni komandada oynamağın daha çox məsulliyyət tələb etdiyini  bildirirlər.

2006-cı ildə Kamran Nurəhmədovun təsis etdiyi  “Şirvanoka” futbol klubu  ev oyunlarını Qusarın Şirvanlı kənd stadionunda keçirir. Komandanın heyətindəki 28 futboçunun hamısı klubun  öz yetirmələri sayılır. Veteran hücumçu kəndin aşağı yaş qruplarıdakı mübarizə aparıan  3 komandaya da    məşqçilik  edir. Elə  Azərbaycan futbolunun tanınan simalarından sayılan Rahid Əmirquliyev bu kəndin yetirməsidir.

Hazırda “Şirvanovka” futbol klubu Region Liqasında mübarizə aparır.  Fevralda keçiriləcək II dövrənin X turunda onların rəqibi turnirin lideri Sumqayıtın “Uğur” komandası olacaq.