Xaçmazda təbii üsulla çıxan termal sular müxtəlif xəstəliklərin müalicəsində faydalıdır- Video

04 2020 16:38

Xaçmazda 10-a yaxın termal su mənbəyi var. 150-180  metr dərinlikdən təbii üsulla çıxan su müxtəlif xəstəliklərin müalicəsində faydalıdır. Bu gün turistlərin yolunu gözləyən, təyinatı üzrə istifadə olunmayan termal su mənbələrinə rast gəlmək olur. Buna baxmayaraq, insanların şəfa tapması üçün təyinatı üzrə istifadə olunanlar da var.

Mineral tərkibli su oynaq, dəri və bir sıra digər xəstəliklərin müalicəsində rol oynayır.

Müalicəyə gələnlər arasında xarici ölkə vətəndaşları da az deyil. Müraciət edənlərə gün ərzində bir dəfə olmaqla bu sudan istifadə etmək tövsiyyə olunur.

Xaçmazla yanaşı Siyəzən rayonu ərazisində müalicəvi əhəmiyyətə malik Qalaltı kükürtdü-mineral su bulağı var. Bundan başqa Quba rayonu ərazisində yerləşən Cimi, Xaltan, Xaşı kəndlərinin isti suları da məşhurdur.