Xaçmazda ölkənin ilk Kiçik və Orta Biznes Evinin açılışı olub- Video

07 2020 16:10

Xaçmazda ölkənin ilk Kiçik və Orta Biznes Evinin açılışı olub. İqtisadiyyat naziri Mikayıl Cabbarov və rayon rəhbərliyi KOB Evi ilə yaxından tanış olub. Bildirilib ki, yenicə fəaliyyətə başlayan KOB Evində sahibkarlara startap layihələrinə başlanılması, biznes və marketinq planlarının hazırlanması, biznes biliklərin artırılması, sahibkarlıq fəaliyyətinin qeydiyyatı, logistika və infrastruktur şəbəkələrinə, daxili və xarici bazarlara çıxış və digər istiqamətlərdə dəstək göstəriləcək. Kiçik və Orta Biznes Evi sahibkarların xidmətlərə rahat, maneəsiz və şəffaf çıxışının təmin olunması baxımından əlverişli platformadır.

Ümumilikdə, KOB Evində ilkin mərhələdə 200-ə yaxın dövlət-biznes (“G2B”) və 100-dək biznes-biznes “B2B” xidmətləri təqdim olunacaq. Burada xidməti ofislər, görüş və konfrans zalları da fəaliyyət göstərəcək. KOB İnkişaf Mərkəzi isə mikro, kiçik və orta sahibkarların biznes ideyalarının reallaşmasını çoxsaylı məsləhət və təlim xidmətləri ilə dəstəkləyəcək. Növbəti KOB Evinin açılışı Bakı şəhərində həyata keçiriləcək.