Qubada istehsal olunan məhsullar ABŞ-a ixrac ediləcək- Video

10 2020 16:27

1 ildən çoxdur fəaliyyət göstərən “Qubaekoaqrar” Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd təsərrüfatı mallarının istehsalı zavodu sutkada 2 ton quru meyvə və 4 ton fındıq istehsalı gücünə malikdir. Burada meyvələrin qurudulması, fındığın qovrulması və qablaşdırılması, alma çipsi istehsalı xətləri quraşdırılıb. Zavodda ümumilikdə 44 çeşiddə məhsul istehsal edilir.

Məhsulların hazırlanmasında Ukrayna, Türkiyə və Rusiyadan gətirilən avadanlıqlardan istifadə olunur.

Ötən il Rusiya Federasiyasına 100 ton məhsul ixrac edilib. Hazırda emal edilən məhsulların bir hissəsinin Amerika Birləşmiş Ştatlarına ixracı da planlaşdırılır. Zavodda istehsal olunan kompotlardan dörd çeşidinin bu ölkəyə göndərilməsi üçün razılıq əldə edilib. İstehsal olunan məhsullar xarici bazarlara “Made in Azerbaijan” brendi ilə çıxarılır.

Zavodun məhsulları Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreyada təşkil olunan beynəlxalq sərgilərdə nümayiş etdirilib və yüksək rəğbətlə qarşılanıb.