Qarlı və şaxtalı hava bağlarda zərərvericilərin məhv olması ilə nəticələnəcək- Video

11 2020 17:25

Şimal regionuna yağan qar meyvə bağlarında zərərvericilərlə məhv olmasına səbəb olub. Bölgədə Tempuraturun – 20 dərəcəyədək düşməsi əkin sahələrində və bağlarda xəstəliklərin yayılmasının qarşısını alacaq. Bağbanların fikrincə şaxtalı hava şəraiti məhsuldarlığa müsbət təsir edəcək.

Qarın yağması meyvə bağları ilə yanaşı əkin sahələrində də gəmiricilərin məhv olmasına şərait yaradır. Mənfi temperatur xəstəlik yayan qurdların çoxalmasının qarşısını alır.

Qubanın ucqar dağ kəndlərində qarın qalınlığı 50 sm-dək olub. Yağıntının çox düşməsi yaz aylarında suvarmaya da müsbət təsir edəcək.

Qubada 17 min 983 hektar meyvə bağı və 11 min 773 hektar əkin sahəsi var.