Xaçmazda 38 min baş heyvan qarayaraya qarşı peyvənd olunacaq- Video

13 2020 17:07

Xaçmaz rayonunda qarayaraya qarşı peyvəndləmə işlərinə yanvarın əvvəllərindən başlanılıb. Proses fərdi və böyük heyvandarlıq təsərrüfalarındakı 38 min baş iribuynuzlu heyvanı əhatə edir. Bundan başqa qarayaraya qarşı 5 min təkdırnaqlı, quduzluq xəstəliyinə görə isə 3 min sahibli it peyvənd olunub. Məqsəd təsərrüfatlarda yayıla biləcək təhlükəli xəstəliklərin qarşısını almaqdır. Vaksinasiya təbirləri  14 sahə baytarlıq məntəqəsinin əməkdaşları tərəfindən rayonun 159 kəndini əhatə edir.  

Qarayara heyvandarlıq təsərrüfatları üçün xüsusi riskli və  təhlükəli xəstəliklərdən hesab olunur. Xəstəliyin törədiciləri torpaqda 100 illərlə qala bilir. Qarayaranın heyvandan insana keçərək, ölümə səbəb ola bilir. Heyvanlarda özünü iştahsızlıq, dərində yaralar şəkilində biruzə verir.

Xəstəliklərə qarşı fermerlər arasında maarifləndirmə işi də aparılır. İlin ikinci rübündən xırdabuynuzlularda çiçək və dabaq, iribuynuzlu heyvanlarda isə dabaq xəstəliyinə qarşı peyvəndləmə işlərinə başlanacaq.