X Beynəlxalq Multikulturalizm Qış Məktəbinə 19 ölkənin tələbələri qatılıb- Video

17 2020 16:51

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı X Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin iştirakçıları Qubada  keçirilən mühazirələrə qatılıb. Layihə “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 21, Azərbaycanın isə 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.

Qırmızı qəsəbəyə gələn qonaqlar burada “Altı günbəz” və “Giləki” sinaqoqları ilə yaxından tanış olublar. Qonaqların diqqətinə çatdırılıb ki, buradakı yəhudilər uzun illərdir azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı Qış Məktəbi iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında məlumat verilib. Burada quraşdırılan sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Fevralın 22-dək davam edəcək Qış Məktəbində 19 ölkənin ölkənin  aparıcı universitetlərindən 25 tələbə iştirak edir.