Qubada 850 şagird yerlik məktəb binası inşa olunur - Video

18 2020 16:12

Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta məktəbinin köhnə binası 45 il öncə istifadəyə verilib. Bina istismar müddətini başa vurduğundan yenisi ilə əvəz olunur. 3 mərtəbədən ibarət olacaq yeni təhsil müəssisəsi 850 şagird yerlikdir.

5 korpusdan ibarət üçmərtəbəli binada sinif otaqları ilə yanaşı laborotoriyalar, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompyuter otaqları, idman, akt, oxu zalları, kitabxana və yeməkxana olacaq. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunacaq.