Qusar Dövlət Ləzgi Dram Teatrı ingilis dilində tamaşa hazırlayır- Video

19 2020 16:46

Teatr kollektivi yazıçı–dramaturq İsi Məlikzadənin “Hərənin öz ulduzu” adlı səhnə əsərinin ingilis dilində hazırlanmasına başlayıb. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi, Laləzar Hüseynova bildirib ki, bu tamaşa Qusara gələn əcnəbi turistlər üçün nəzərdə tutulub.

Hazırda teatrda Cəfər Cabbarlının “Aydın” pyesi əsasında tamaşanın məşqləri də davam etdirilir. Tamaşanın quruluşçu rejissoru Bağır Əhmədovdur. Daha bir tamaşa 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunması ilə əlaqədar gənc könüllülərin iştirakı ilə hazırlanır. Nağıl-tamaşada əsas rollar könüllülərə həvalə olunacaq.

Bundan başqa, Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşaçılarına Milli Teatr Gününə həsr olunmuş xüsusi tamaşa da təqdim edəcək. Bunun üçün xüsusi dekorasiyaların hazırlanmasına başlanılıb.