Qubada iki yeni modul tipli məktəb binası istifadəyə verilib- Video

19 2020 16:56

Susayqışlaq kənd ümumi orta məktəbinin binası istismar müddətini başa vurduğundan yenisi ilə əvəz olunub. Modul tipli təhsil müəssisəsi 96 şagird yerlikdir.

Qubada daha bir modul tipli məktəb binası Gənclər qəsəbəsində istifadəyə verilib. Təhsil müəssisəsi 80 şagird yerlikdir. Hər iki məktəb binası sinif otaqları, müəllimlər otağı, kitabxana və sanitar qovşaqdan ibarətdir. Məktəblərdə su-kanalizasiya xətləri çəkilib, istilik sistemi, nəzarət kamerası quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb.

Ötən 10 ildə Qubada 70-ə yaxın məktəb tikilib və ya əsaslı təmir olunub. Onlardan 19-u modul tipli məktəbdir. Yaxın günlərdə rayonun Ərməkiqışlaq, Yalavanc və Küpçalqışlaq kəndlərində də yeni modul tipli məktəblər istifadəyə veriləcək.