Fransanın Luare Kənd Təsərrüfatı Palatasının nümayəndələri Qubada əkin sahələrinə baxış keçirib- Video

20 2020 16:53

Quba Regional Aqrar Elm Mərkəzi Fransanın Luare Kənd Təsərrüfatı Palatası ilə birlikdə “Dənli bitkilər” layihəsini həyata keçirir. Görüş çərçivəsində Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu ilə Əkinçilik Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən iki qurum arasında birgə kadr hazırlığı, elmi-tədqiqat işlərinin aparılması  və eləcə də elmi-praktiki konfransların həyata keçirilməsi sahəsində birgə layihələr həyata keçiriləcək.

Daha sonra qonaqlar Fransadan gətirilən sortların əkildiyiəkin sahələrinə və institutun təcrübə sahələrinə baxış keçirilib. Fransadan Azərbaycana yeni buğda və arpa sortları gətirərək yerli torpaq iqlim şəraitinə uyğunlaşmasını sınaqdan keçirilməsi gələcəkdə taxıl istehsalının artırılmasına dəstək məqsədi daşıyır.

Layihə çərçivəsində Xaçmazda və institutun təcrübə sahəsində ümumilikdə 65 hektar sahədə yumşaq buğdanın “Renan” və “Barok” sortları    30 hektar sahədə arpanın “Ramata” sortu əkilib. Layihənin əsas məqsədi yeni sortların üstünlüklərini yerli sortlarla müqayisəli şəkildə tədqiq etməkdir.