Qubada təhsil idarəetmə orqanlarının əməkdaşları təhlükəsizlik qaydaları haqqında maarifləndirilib- Video

21 2020 16:47

“Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin ərazilərində hərbi sursat və tərkibində partlayıcı maddə olan qurğuların aşkar edilməsi, zərərsizləşdirilməsi, müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə” əmrin icrası ilə əlaqədar keçirilən müşavirənin əsas məqsədi təhlükəsizlik qaydalarına riayət edilməsinin vacibliyini göstərmək, fənn rəhbərlərinin bilik və bacarıqlarını daha da inkişaf etdirmək, onları vəzifə öhdəlikləri ilə bağlı maarifləndirməkdən ibarətdir.

Çıxışlarda minaların zərərsizləşdirilməsi, əleyhqazlardan istifadə, hədəfin nişan alınması və digər normativlərin yerinə yetirilməsində təhlükəsizlik qaydalarına dəqiq riayət edilməsinin, partlamamış hərbi sursat aşkar edildikdə onlara toxunmağın qəti qadağan olması və bu barədə dərhal 102 və ya 112 “Qaynar xətti”nə məlumat verilməsinin önəmi vurğulanıb. Bu səpkidə tədbirlərin keçirilməsinin vacibliyindən, təhsil müəssisələrində fövqəladə halların profilaktikası və görüləcək tədbirlərdən danışıb.Çıxışlardan sonra müşavirə mövzu ətrafında müzakirələrlə davam etdirilib.