Böyük Britaniyanın səfiri Qubada olub- Video

24 2020 17:42

Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Layl Şarpa Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verilib. Görüşdə ölkələrimiz arasında münasibətlərinin intensiv inkişaf etdiyi, bir çox sahələrdə əlaqələrin qurulduğunu diqqətə çatdırıb. Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı səfir Ceyms Layl Şarp ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb. Bildirilib ki, tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Kompleksdə quraşdırılan sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Səfir Ceyms Layl Şarp Qubaya səfəri çərçivəsində dağ yəhudilərinin yığcam yaşadıqları "Qırmızı Qəsəbə" və rayondakı xalçaçılıq müəssisəsi ilə də yaxından tanış olub.