Qusarda Xocalı faciəsinin qurbanları anılıb - Video

25 2020 16:25

Xocalı Faciəsinin 28-ci ildönümü Qusarda qeyd edilib. Heydər Əliyev mərkəzində keçirilən tədbirdə çıxış edənlər bu günün Azərbaycan tarixində silinməz yaralar qoyduğundan bəhs ediblər. Bildirilib ki, Xocalı qətliamı bəşər tarixində oxşarı olmayan soyqırımı, Azərbaycan xalqının qan yaddaşına həkk olunan acı bir kədər, dərin üzüntüdür. Xocalıda erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğını genosid faktıdır və insanlığa qarşı ən ağır cinayətlərdəndir. Tədbirdə eləcə də rayon məktəblərində təhsil alan şagirdlərin çəkdiyi Xocalı faciəsini əks etdirən rəsmlər nümayiş etdirilib.

Qusar Dövlət Rəsm Qalereyasında da faciənin 28-ci ildönümünə həsr edilən “Qan yaddaşımız Xocalı” adlı sərgi açılıb. Fevralın 27-nə kimi davam edəcək Sərgidə məktəblilərin çəkdiyi 90-a yaxın rəsm əsəri nümayiş olunur.