Qusarın intensiv meyvə bağlarında budama işləri aparılır- Video

28 2020 10:47

Ümumilikdə şimal regionunda 60-70% alma bağının budanması yekunlaşıb.Budama zamanı bitkinin bioloji və sort xüsusiyyətləri nəzərə alınmalıdır. Düzgün budama bol  məhsul əldə etmək üçün  vacibdir. Aqrotexniki qulluq  bitkinin işıq və havalanma rejiminin nizamlanmasına, xəstəliklərdən qorunmasına hesablanıb.

Qusarda 11 min 436 hektar meyvə bağı var ki bunun 1379 hektarını intensiv və super intensiv bağlar təşkil edir. İntensiv alma bağlarının sahəsi isə 917 hektardır.