Qubada 792 yerlik məktəbin inşası yekunlaşır- Video

28 2020 17:11

Qubanın 1-ci Nügədi kənd tam orta məktəbi üçün inşa edilən yeni bina 3 mərtəbədən ibarətddir. 5 korpusdan olan təhsil müəssisəsi 792 şagird üçün nəzərdə tutulub. Elə məktəbin şagird kontingenti də 700 nəfərdən artıqdır. Dərslər 2 növbədə keçirilir.

Köhnə binanın yenisi ilə əvəz olunması istiqamətində işlərə ötən ilin yayında başlanıb. Hazırda məktəbin içərisində elektrik xətlərinin çəkilişi yekunlaşıb. Suvaq işləri görülür. 5 korpusdan ibarət üçmərtəbəli binada 44 sinif, 5 laborotoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompyuter otaqları, idman, 396 yerlik akt, oxu zalları, kitabxana və 220 yerlik yeməkxana olacaq. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunacaq.

Şəhid Zəki Kərimov adına 1-ci Nügədi kənd tam orta məktəbinin binası yeni tədris ilində şagirdlərin istifadəsinə veriləcək.