Bu il Qusarda 105 ailə özünüməşğulluq proqramından faydalanacaq - Video

02 2020 12:52

Minurə Sultanova işaxtaran qismində Qusar rayon məşğulluq mərkəzinə müraciət edən yüzlərlə sakindən biridir. Dərzi fəaliyyətini genişləndirmək üçün o, təlim kurslarına cəlb olunaraq biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnib. Ötən il  Qusarda 60 ailə özünüməşğulluq proqramından faydalanıb.

Bu il  rayonda daha 105 ailə özünüməşğulluq proqramından faydalanacaq. Proqrama vətəndaş dövlətin verdiyi dəstək sayəsində öz biznesini qurur, iqtisadi proseslərin aktiv iştirakçısına çevrilir.

Qusarda son 4 ildə 150 ailə özünüməşğulluq proqramından faydalanıb.