Qubanın ucqar dağ kəndinin küçələri günəş enerjisi ilə işıqlandırılır- Video

03 2020 17:05

Rustov kəndinin  mərkəzi küçəsinin işıqlandırılması üçün 20 günəş paneli quraşdırılıb. Artıq 4 ildir kəndin əsas küçəsi alternativ enerji hesabına işıqlandırılır. Bu isə kənd sakinlərinin sutkanın qaranlıq vaxtlarında gediş gəlişini rahatlaşdırmaqla yanaşı, qonaqların da marağına səbəb olub. Kənd sakinləri bildirir ki, əvvəllər küçənin işıqlandırılmaması nəticəsində yolda qəzalar baş verib, piyadaların və məktəblilərin payız-qış mövsümündə yoldan istifadəsində çətinlik yaşanıb.

Kəndin girişdə  quraşdırılan 30-a yaxın dirək  yolun 250 metrlik hissəsini  işıqlandırmaq  gücündədir. Avtomatik idarə olunan sistemə insan müdaxiləsi mümkün deyil.