"Şahdağ" Turizm Mərkəzində məşhur rəssamların sərgisi açılıb- Video

04 2020 17:31

Şahdağ Turizm Mərkəzində Azərbaycanın məşhur rəssamlarının əsərlərindən ibarət sərgi açılıb. Martın sonuna kimi davam edəcək sərgidə tanınmış rəssamların Quba və Qusarın turizm infrastrukturu, tarixi abidələri, unikal coğrafiyası ilə tanış olduqdan sonra sərbəst mövzularda çəkdikləri rəsm əsərləri nümayiş etdirilir. Artıq ikinci ildir həyata keçirilən layihə çərçivəsində Qusar rayonunun orta məktəblərinin bütün yaş həddini əhatə edən və rəssamlığa həvəsi olan şagirdləri üçün "Ustad dərsləri” təşkil olunub.