Şimal regionunda 48 modul məktəb tikilib - Video

05 2020 15:01

Qusar rayon Cağar kənd ümumi orta məktəbi 1958-ci ildə istifadəyə verilib. 62 yaşlı təhsil müəssisəsi istismar müddətini başa vurduğundan yenisi ilə əvəz olunub. Yenicə istifadəyə verilən modul tipli məktəb binası 56 şagird yerlikdir.

Cağar kənd ümumi orta məktəbi ilə yanaşı ötən il Qusarda 3, ümumilikdə isə şimal regionunda 14 modul tipli məktəb binası tikilib.

Son 3 ildə şimal regionunda 48 modul tipli məktəb binası istifadəyə verilib.