"YARAT"ın "Yenə o bağ olaydı" sərgisi Xaçmazda - Video

06 2020 16:31

“YARAT” Müasir İncəsənət Məkanının Xaçmazda təqdim etdiyi “Yenə o bağ olaydı” adlı səyyar sərgidə tanınmış italyan rəssamı Mikelancelo Pistolettonun və perespektivli yerli rəssamların əsərləri nümayiş olunur. Mikelancelo Pistoletto tərəfindən ərsəyə gətirilən “Üçüncü cənnət” nəzəriyyəsi, müasir dünyamızın hər bir yerində mövcud olan təbiilik və sünilik kimi iki qütb arasındakı ziddiyyəti aradan götürməyə çalışır. Xaçmaz Rayon İcra Hakimiyyətinin və Xaçmaz Dövlət Rəsm Qalereyasının dəstəyi ilə həyata keçirilən sərginin adı Mikayıl Müşfiqin məşhur şeirindən götürülüb.

Budəfəki sərginin proqramına “YARAT”ın daimi kolleksiyasında olan əsərlərin nümayişi ilə yanaşı, müasir incəsənətin təbliği ilə bağlı seminar və ustad dərslərinin keçirilməsi də daxil edilib.