68 yaşlı Quba sakini mindən çox kitab oxuyub- Video

10 2020 13:32

Quba sakini 68 yaşlı Əbil Cəfərovun mütaliyəyə marağı uşaq yaşlarından başlayıb. III sinifdə  Azərbyacan nağılları ilə oxu vərdişlərinə başlayan qəhramın ay ərzində 3 və ya 4 kitab oxuyur. Bu vaxta qədər mütaliyə elədiyi kitabların sayı isə 1000-dən çoxdur.

İxtisasca mühəndis olan oxucu tələbəlik illərində daha çox elmi əsərlər oxuyub. Son 20 ildə isə bədii ədəbiyyata meyl göstərir. O, dünya və azərbaycan yazıçıları ilə yanaşı Qubadan olan yerli qələm adamlarnın əsərlərini də oxuyur. Kitab oxumaq 68 yaşlı oxucunun gündəlik vərdişlərindən birinə çevrilib. Kitabxananın “Oxu zalı”ndakı ən fəal oxucuların guşəsində Əbil Cəfərovun da adı var.

Qubada kitabxanaların  fondunda 700 minə yaxın kitab var. Onların çoxu Azərbaycan dilində çap olunan nəşrlərdir.