Şabranın üzüm bağlarında yaz tarla işləri görülür- Video

13 2020 15:02

Şabranın Ağbaş kəndində 132 hektar sahədə üzümün 10-dan çox sortu becərilir. Təsərrüfatçılar Yaz budama işlərini vaxtında yekunlaşdırıb. Quru budama zamanı məhsul verən zoğların düzgün seçilməsi və tənəyin gücünə uyğun zoğların saxlanılmasına diqqət yetirilib. Mühüm aqrotexniki tədbir olan, quru budamadan sonra bağlama  işlərinə başlanılıb.

Üzüm bağlarında torpağın nəm qalması üçün təkrar şumlama işləri də görülür. Torpağın quruluğun çox olması məhsudarlığı aşağı salan amillərdəndir. Bu işlər yekunlaşdan sonra dərman çilənməsi, gübrələmə işləri görüləcək. Mayda isə üzüm bağlarında  əsas aqrotexniki işlərdən sayılan yaşıl budamaya başlanacaq.

İntensiv formada qulluq olunan üzümçülük təsərrüfatında şərabçılıq üçün vacib texniki üzüm sortlarına üstünlük verilib. Ötən il üzmu bağında 800 tondan çox məhsul toplanıb. Yaxın vaxtlarda təsərrüfatın sahəsi daha 25 hektar artırılacaq.