Qubadakı "Ağıllı bağ"da günəş panelləri quraşdırılır- Video

16 2020 16:59

Qubada müasir texnologiyaların tətbiqi ilə salınan “ağıllı bağ”da günəş, dolu və şaxtaya qarşı örtük sistemi yaradılır. Bu sistem sayəsində məhsul itkisinin qarşısı alınacaq. Bitkiləri ultrabənövşəyi radiasiyadan qoruyan bu örtük həm də günəş şüalarının yayılmasını təmin edir. Bundan başqa meyvə bağının becərilməsi tamamilə avtomatlaşdırılacaq və kompüter idarəetməsi tətbiq olunacaq.

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun layihəsi əsasında salınan meyvə bağı 15 hektar sahəni əhatə edir. Bağda avtomatlaşdırılmış yeraltı suvarma və gübrələmə sistemləri quraşdırılıb ki bu da, günəş panellərindən alınmış elektrik enerjisi ilə çalışacaq.

“Ağıllı bağ”da mərkəzi xəbərdarlıq sistemi qurulub. Bu sistem vasitəsilə meyvə bağlarında bitkilərin inkişafı prosesinə nəzarət olunacaq.  müasir texnologiyaların tətbiqi ilə qurulan bağda məhsuldarlıq 25 faiz artacaq.