Qubada Qarabağ müharibəsi iştirakçıları yeni evlərinə köçüb - Video

18 2020 09:51

Qubanın Qəcərzeyid kəndində yaşayan Qarabağ müharibəsi veteranı İdris Hüseynov və III qrup müharibə əlili Mais Mahmudov Novruz bayramı ərəfəsində yeni evlərinə köçüblər. Quba Rayon İcra Hakimiyyəti tərəfindən daxili imkanlar hesabına İ.Hüseynov üçün yeni ev tikilib, M.Mahmudovun evi isə əsaslı təmir olunub.Hər iki müharibə iştirakçısı bu ilin əvvəlində kənddə keçirilən səyyar qəbul zamanı rayon icra hakimiyyətinin başçısına mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar müraciət etmişdi.Yanvar ayından başlayan tikinti və təmir işləri qısa müddətdə başa çatdırılaraq evlər sahiblərinə təhvil verilib.III qrup əlilliyi olan İdris Hüseynov üçün tikilən birmərtəbəli evin sahəsi 90 kvadratmetrdir. Ev 3 otaq, eyvan, mətbəx və sanitar qovşaqdan ibarətdir.