Qubada "Könüllülər teatrı" fəaliyyətə başlayıb - Video

18 2020 16:47

Könüllülər teatrı” Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzində yaradılıb. 30 illik fasilədən sonra fəaliyyətini bərpa edən teatrın heyətini əsasən gənc könüllülər təşkil edir.

“Könüllülər teatrı”nın təqdim etdiyi ilk tamaşa görkəmli dramaturq Cəlil Məmmədquluzadənin “Kamança” əsəridir. İctimai-mənəvi baxımdan milli xarakterləri səciyyələndirən, mənəviyyat, şüur və ərazi oğurluğu olaraq erməni xainliyini göstərən tamaşaya Mədəniyyət Nazirliyinin mütəxəssisləri tərəfindən baxış keçiriləcək. Bundan sonra “Könüllülər teatrı”na “Xalq teatrı” adı verilə bilər.

Qubada 1940-1962-ci illərdə Dövlət Dram Teatrı fəaliyyət göstərib. Bu teatrda sonralar görkəmli səhnə ustaları kimi tanınan Səyavuş Aslan, Ofelya Aslan, Məcnun Hacıbəyov kimi aktyorlar fəaliyyət göstərib. 1962-ci ildə fəaliyyəti dayandırılan Quba Dövlət Dram Teatrının bazasında Xalq teatrı yaradılsa da, sonradan fəaliyyətini dayandırıb.