Qubada yeni paketləmə fabrikinin inşası yekunlaşır - Video

20 2020 12:25

“ABAD”çıların paketlərə və digər qablaşdırma vasitələrinə olan tələbatı Quba şəhərində fəaliyyətə başlayacaq yeni paketləmə fabriki tərəfindən ödəniləcək.

Quba paketləmə fabrikinin fəaliyyət göstərəcəyi ikimərtəbəli binada yenidənqurma işlərinə ötən ilin aprel ayından başlanılıb. Binanın ümumi sahəsi 1032 kvadratmetrdir. XX əsrin ortalarında inşa olunan bina uzun illər kinoteatr kimi fəaliyyət göstərsə də, əsaslı təmir olunmadığından yararsız vəziyyətə düşmüşdü. Quba “ASAN Həyat” kompleksində müasir Kinoklub fəaliyyətə başlayandan sonra bu binada restavrasiya və tikinti işlərinə start verilib. İlk mərhələdə binanın dam örtüyünün taxta və döşəmənin armatur konstruksiyaları quraşdırılıb, daxili kommunikasiya xətləri çəkilib. Təmir–tikinti işlərinin, ümumilikdə, 80 faizi başa çatdırılıb.